Krım körpüsünə hücum Putinin "əsas simvolunu" zədələdi

DÜNYA bölməsi

11:08 - 17 İyul 2023

 Krım körpüsünə hücum Putinin

Krım körpüsünə Kiyev tərəfindən həyata keçirildiyi iddia edilən gecə hücumu Putin hakimiyyətinin əsas simvolunu zədələyib və Rusiyanın Ukraynanın cənubunda logistikasını məhdudlaşdırıb.

Yenipress.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Qeyd olunur ki, Kiyev insidentdə birbaşa iştirak etdiyini bildirməsə də, Ukrayna Baş Kəşfiyyat İdarəsinin sözçüsü dağıntıların Rusiya qoşunları üçün çətinlik yaradacağını bildirib və Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanova istinadən Krım körpüsünün lazımsız struktur olduğunu vurğulayıb:

“Bir sıra Ukrayna mediası Krım körpüsünün PUA hücumuna məruz qaldığını yazır. Bunun Ukrayna Təhlükəsizlik Xidmətinin və ölkənin Hərbi Dəniz Qüvvələrinin xüsusi əməliyyatı olduğu iddia edilir”.

Qeyd edək ki, bu gün Krım körpüsünü hücum olub, nəticədə azı iki nəfər ölüb.

Xəbər xətti


Digər xəbərlər