Misirdə naməlum xəstəlik yayıldı

DÜNYA bölməsi

10:33 - 17 İyul 2023

 Misirdə naməlum xəstəlik yayıldı

Misirinin paytaxtı Qahirənin cənubunda yerləşən Qena əyalətinin bir qrup sakinində qeyri-müəyyən xəstəliyin simptomları müəyyən edilib.

Yenipress.az xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyi məlumat yayıb.

“Xəstələr yüksək hərarət, sümük ağrıları, qusma və başgicəllənmədən şikayət edirlər. Şikayətlərin öyrənilməsi, profilaktik-tibbi yardım və epidemioloji nəzarətin həyata keçirilməsi üçün briqadalar göndərilib, xəstələrdən analizlər götürülüb”, - məlumatda deyilir.

Qeyd olunur ki, 1000-ə yaxın şəxs naməlum xəstəlikdən şikayətlənir.

Xəbər xətti


Digər xəbərlər