Ağ Evə İranla nüvə sazişi maraqlı deyil

DÜNYA bölməsi

10:08 - 17 İyul 2023

 Ağ Evə İranla nüvə sazişi maraqlı deyil

ABŞ hazırda İranla nüvə sazişi üzrə heç bir danışıqlar aparmır. 

Yenipress.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Əgər onlar (İran hakimiyyəti) nüvə gərginliyini azaltmaq üçün addımlar atmağa başlasalar, bu, region və ABŞ milli maraqları üçün yaxşı olacaq. Hazırda heç bir razılaşma yoxdur. İran razılaşmasına qayıtmaq bizim əsas diqqətimizdə olan məsələ deyil”, - o bildirib.

Kirbi qeyd edib ki, Vaşinqton Tehranla əlaqə saxlayır, lakin bu əlaqələr ABŞ-ın İranda saxlanılan amerikalıları geri qaytarmaq cəhdləri ilə bağlıdır.

Xəbər xətti


Digər xəbərlər