Urmiya gölü ilə bağlı kampaniya başladıldı

DÜNYA bölməsi

13:48 - 15 İyul 2023

 Urmiya gölü ilə bağlı kampaniya başladıldı

Azərbaycanda baş verən ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq, Urmiya gölünün acınacaqlı durumunu diqqətdə saxlamaq məqsədilə "#Urmu_Araz_Üçün_Birlik" həştəgi altında kampaniyaya start verilib.

Yenipress.az xəbər verir ki, kampaniya güneyli milli-mədəni və ətraf mühit fəalları tərəfindən başladılıb.

Fəallar sosial mediadakı paylaşımlarında Urmiya gölünün artıq yox olmaq üzrə olduğunu, hakimiyyətin gölün bərpası barədə vədlərinin azərbaycanlıları aldatmağa hesablandığını yazıblar.

Onlar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa səsləyiblər.

Xəbər xətti


Digər xəbərlər