Pentaqon: F-16-nın Ukraynaya çatdırılması mümkün deyil 

DÜNYA bölməsi

10:54 - 14 İyul 2023

 Pentaqon: F-16-nın Ukraynaya çatdırılması mümkün deyil 

ABŞ hesab edir ki, Rusiyanın hava hücumundan müdafiə və hava qüvvələrinin hazırkı potensialı Ukraynaya F-16 qırıcılarının tədarükü üçün qeyri-ideal şərait yaradır.

Yenipress.az xəbər verir ki, bunu ABŞ ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin direktoru, general-leytenant Duqlas Sims deyib.

“Döyüş əməliyyatlarının aparıldığı şərtlər zamanla dəyişir, lakin hazırda F-16-nın istifadəsi üçün şərait yəqin ki, ideal deyil. Demək istədiyim odur ki, rusların hələ də hava hücumundan müdafiə qabiliyyəti var. Onların da hava potensialı var. Veriləcək F-16-ların sayı isə indi baş verənlər üçün ideal olmaya bilər”, - o bildirib.

Qeyd edək ki, Rusiya F-16 qırıcılarının Ukraynaya verilməsini Qərbdən gələn nüvə təhlükəsi kimi qiymətləndirəcəyini bəyan etmişdi.

Xəbər xətti


Digər xəbərlər