Rusiya Ukraynada qalib gələrsə, nə baş verəcək...

DÜNYA bölməsi

10:17 - 13 İyul 2023

 Rusiya Ukraynada qalib gələrsə, nə baş verəcək...

Rusiyanın qələbəsindən sonra Ukrayna kobud bir dövlət olacaq və NATO-ya uyğun olmayacaq.

Yenipress.az xəbər verir ki, bu barədə tədqiqatçı, politoloq Con Mirşaymer deyib.

O bildirib ki, Qərb Rusiyanın çirkin qələbəsinə hazır olmalıdır. Rusiya qalib gələrsə, Ukrayna “kötük dövlətə” çevriləcək.

Tədqiqatçının fikrincə, Ukraynada aktiv döyüşlər daha iki il davam edəcək. Rusiya həlledici döyüşdə qalib gəlib bütün Ukraynanı fəth edə bilməyəcək. Lakin Rusiya uğur qazanarsa, Ukrayna təxminən 43% əhəmiyyətli ərazilərini itirə bilər.

Xəbər xətti


Digər xəbərlər