Pentaqon Suriyadakı hərbi bazalarına əlavə qüvvələr göndərir

DÜNYA bölməsi

10:11 - 13 İyul 2023

 Pentaqon Suriyadakı hərbi bazalarına əlavə qüvvələr göndərir

Amerika ordusunun hərbi karvanı Əl-Valid keçid məntəqəsindən keçərək İraqdan Suriyaya gedib.

Yenipress.az xəbər verir ki, bu barədə “Anadolu” yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 100-ə qədər maşın YPG yaraqlılarının (PKK-nın Suriya terror qanadı) nəzarətində olan Suriyanın Hasekə əyalətindəki ABŞ hərbi obyektlərinə istiqamət alıb:

“Karvanda zirehli texnika, sursat olan yük maşınları və yanacaq daşıyan maşınlar olub. Yük Rumeylan, Şəddadi və Tel-Beyder bölgələrində ABŞ hərbçiləri üçün nəzərdə tutulub. Kolon helikopterlərlə havadan mühafizə olunub”.

Xəbər xətti


Digər xəbərlər