Tehranda dövlət müəssisələri işıqsız qaldı

DÜNYA bölməsi

15:10 - 12 İyul 2023

 Tehranda dövlət müəssisələri işıqsız qaldı

Tehran Elektrik Paylayıcı Şirkəti bu gün paytaxtda 38 dövlət müəssisəsi və idarəsinə elektrik enerjisinin verilişini dayandırıb.

Yenipress.az xəbər verir ki, bu barədə şirkətin ictimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Məlumata görə, sözügedən idarələr elektrik enerjisi sərfiyyatının azaldılması zərurəti ilə bağlı xəbərdarlıqlara məhəl qoymadıqları üçün elektrik enerjisindən məhrum ediliblər.

İran hökumətinin təsdiqinə əsasən, inzibati orqanlar iş saatlarında elektrik enerjisi istehlakını minimum 30%, işdən kənar vaxtlarda isə 60% azaltmalıdırlar.

Qeyd edək ki, bir müddət əvvəl hökumət səlahiyyətliləri elektrik enerjisi çatışmazlığı barədə mütəxəssislərin xəbərdarlıqlarını əsassız adlandırırdılar.

Ekspertlər isə qarşıdakı həftələrdə İranda elektrik enerjisi sahəsindəki böhranın daha da dərinləşəcəyini bildirirlər.

Xəbər xətti


Digər xəbərlər