Mərufiyanın həbsui ilə bağlı bəyanat yayıldı

DÜNYA bölməsi

11:49 - 12 İyul 2023

 Mərufiyanın həbsui ilə bağlı bəyanat yayıldı

Jurnalistləri Müdafiə Komitəsi tənqidçi jurnalist Nazila Mərufiyanın İran təhlükəsizlik qüvvələri tərəfindən həbsini pisləyən bəyanat yayaraq, onun qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

Yenipress.az xəbər verir ki, bu barədə beynəlxalq qurumun sosial media hesabında paylaşım edilib.

İyulun 8-i İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan Mərufiyan "hökumətə qarşı təbliğat və yalan məlumatlar yaymaq" ittihamı ilə iki illik həbs cəzasının icrası üçün həbsxanaya aparılıb. Həmçinin, onun 5 il müddətinə ölkən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, 2022-ci ilin oktyabr ayının əvvəlində əxlaq polisi tərəfindən öldürülən Məhsa Əmininin atası ilə müsahibə etdiyi üçün saxlanılan Mərufiyan 72 gün həbsdə saxlanılıb, ardınca girov qarşılığında müvəqqəti - həbs cəzasının icrasına qədər sərbəst buraxılmışdı.

Ümumxalq etirazları zamanı Mərufiyanla yanaşı azı 95 jurnalist həbs edilib.

Xəbər xətti


Digər xəbərlər