Böyük Britaniyadan Ukraynaya 65 milyon dollarlıq dəstək

DÜNYA bölməsi

10:17 - 12 İyul 2023

 Böyük Britaniyadan Ukraynaya 65 milyon dollarlıq dəstək

Britaniya hökuməti Ukraynaya 64,7 milyon dollarlıq dəstək paketi təqdim edəcək.

Yenipress.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi bildirib.

“Vəsaitlər avadanlıqların təmiri və Hərbi Reabilitasiya Mərkəzinin yaradılması üçün nəzərdə tutulub”, - məlumatda deyilir.

Bildirilib ki, NATO sammitində müzakirə olunacaq yeni dəstək paketinin bir hissəsi ”Challenger 2” tankı üçün minlərlə əlavə sursat, 70-dən çox döyüş və nəqliyyat vasitəsindən ibarət olacaq.

Bəyannamənin G7-nin bütün üzvləri tərəfindən imzalanması gözlənilir.

Xəbər xətti


Digər xəbərlər