ABŞ Serbiya kəşfiyyatının rəhbərinə sanksiya tətbiq etdi

DÜNYA bölməsi

10:05 - 12 İyul 2023

 ABŞ Serbiya kəşfiyyatının rəhbərinə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Serbiya Təhlükəsizlik və İnformasiya Agentliyinin direktoru Aleksandr Vulinə qarşı sanksiyalar tətbiq edib. Vaşinqton onu beynəlxalq cinayətkar qruplaşmaya yardımda, narkotiklərin qanunsuz dövriyyəsinə kömək etməkdə və Rusiyanın zərərli hərəkətlərini dəstəkləməkdə ittiham edib.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə,  Vulin  mümkün olan ən sərt sanksiyalara məruz qalıb - o, SDN siyahısına salınıb:

“Onun ABŞ-dakı bütün aktivləri dondurulacaq. Vulinin payı 50%-dən çox olan bütün şirkətlərin işi də əngəllənəcək. ABŞ Qərbi Balkanlarda effektiv və demokratik idarəçiliyə xələl gətirməklə yanaşı, öz vəzifəsindən şəxsi maraqları üçün sui-istifadə edənləri mühakimə etməkdən çəkinməyəcək”.

Qeyd olunur ki,Vulin Rusiyaya Qərbi Balkanlarda təsirini artırmaq üçün platforma verib.  Serbiya kəşfiyyatının rəhbəri ABŞ-ın sanksiyaları altında olan serb silah alverçisi Slobodan Tesiç ilə qarşılıqlı faydalı əlaqələr saxlayıb.

Xəbər xətti


Digər xəbərlər