Düşmən ordumuza atəş açdı, dərhal susduruldu - Təcili

TOPLUM bölməsi

08:37 - 23 Fevral 2022

 Düşmən ordumuza atəş açdı, dərhal susduruldu - Təcili

Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Yenipress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Xəbər xətti


Digər xəbərlər