Rusiya imperiyanı bərpa etməyə hazırlaşır? - Putin Əliyevə açıqladı

SİYASƏT bölməsi

16:41 - 22 Fevral 2022

 Rusiya imperiyanı bərpa etməyə hazırlaşır? - Putin Əliyevə açıqladı

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşün əvvəlində bildirib ki, iki ölkə arasında müttəfiqlik münasibətlərinə dair birgə Bəyannamənin imzalanması planlaşdırılır və bu münasibətləri yeni səviyyəyə çıxaracaq.

Yenipress.az Musavat.com-a istinadən xəbər verir ki, Putin çıxışında habelə Qərbin “Donetsk və Luqansk xalq respublikaları”nın tanınmasına görə Rusiyanı imperiya ambisiyalarında günahlandırmasına toxunub.

“Dünən Rusiya Donbassın iki xalq respublikasının suverenliyini tanımaq qərarı verdi. Biz bu mövzuda spekulyasiyaların şahidi olduq, o baxımdan ki, Rusiyanı imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşmaqda günahlandırdılar. Bu, qətiyyən həqiqətə uyğun deyil”, - Putin bildirib.

Xəbər xətti


Digər xəbərlər