İtaliyalı mafioz 5 il axtarışdan sonra saxlanıldı

GÜNDƏM bölməsi

12:39 - 1 May 2023

 İtaliyalı mafioz 5 il axtarışdan sonra saxlanıldı

İtaliyanın ən güclü mafiya qruplaşması olan “Ndrangheta”nın başçılarından biri Pasquale Bonavota 5 il qaçaq həyatından sonra İtaliyada saxlanılıb.

Yenipress.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.

Məlumata görə, mafioz Genuya liman şəhərində həbs edilib:

“O, şəhərin kilsəsində yaxalanıb və axtarış zamanı onun üzərindən saxta şəxsiyyət vəsiqəsi tapılıb. Bonavota "Ndrangheta"nın digər rəhbərləri ilə birlikdə ən mühüm qərarları qəbul edən və Romada qumar, eləcə də narkotik alverində qrupun maraqlarını qoruyan lideri kimi tanınır”.

Qeyd edək ki, Bonavota 2018-ci ilin noyabrında iki qətlə görə ömürlük həbs cəzasına məhkum edildikdən sonra qaçıb. O, İtaliyanın ən təhlükəli cinayətkarları siyahısına salınıb və beş ilə yaxındır ki, axtarışdadır.

Yenipress.az

Xəbər xətti