İsa Qəmbərin oğlu LGBT-yə də dəstək vermişdi - Foto

GÜNDƏM bölməsi

10:59 - 27 Aprel 2023

 İsa Qəmbərin oğlu LGBT-yə də dəstək vermişdi - Foto

İlkin Qəmbərin 2015-ci ilin iyununda LGTB-yə dəstək verməsi yadınızdadırmı? O, Feysbukda  belə bir foto paylaşmışdı. Əminəm ki, bizə Qərbin belə sarsaq dəyərləri lazım deyil. Ancaq Qərb bizim bəzi cavanların beynini yuyaraq, onları öz ideoloji bazasının keşikçisi qismində yetişdirə bilib. Yəni 2015-ci ildə LGTB-yə dəstək verən indi də erməni genosidindən dəm vurmalıydı.

Yenipress.az xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbərin qondarma “erməni soyqırımı”nın “ildönümünü” anması haqda qeyd edib.

“Məncə, kimliyindən asılı olmayaraq, Azərbaycanın siyasi elitasında olan şəxslərin övladlarının bu kimi əndrabadi çıxışları ictimaiyyət tərəfindən kəskin şəkildə pislənməlidir”, - o vurğulayıb.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər