Əliyev bu məsələni həmin görüşdə həll etmişdi – Erməni deputat

SİYASƏT bölməsi

14:14 - 24 Aprel 2023

 Əliyev bu məsələni həmin görüşdə həll etmişdi – Erməni deputat

Laçında sərhəd keçid məntəqəsinin quraşdırılmasından sonra Araik Arutyunyan və Nikol Paşinyan Rusiyanı hədəf alıblar.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Blokundan deputat Andranik Tevanyan deyib.

“Anti-Rusiya isteriyası indi daha böyük dozada ediləcək. Rusiyanın davranışına gəlincə isə o, çoxlu suallar yaradır. Lakin bu suallar türk maraqlarını irəlilətmək üçün yox, həll tapmaq üçün verilir. Paşinyanın hədəfi başqadır. O, tam anti-Rusiya siyasəti apararaq, özünü xilas etməyə və gələcəkdə hansısa Qərb ölkəsində sığınacaq tapmağa çalışır. Paşinyanın anti-Rusiya və anti-İran siyasəti xaricdən sifariş edilib. Ermənistanın baş verənlərdən əziyyət çəkməsi nə Paşinyanı, nə də sifarişçiləri maraqlandırır”, – o bildirib.

Tevanyan Azərbaycanın sərhəd keçid məntəqəsini Praqa görüşündə Paşinyanla əldə etdiyi razılıq əsasında quraşdırdığını söyləyib.

Xəbər xətti