ABŞ-ın beş universiteti İranla əməkdaşlıqda ittiham olundu

GÜNDƏM bölməsi

11:50 - 18 Aprel 2023

 ABŞ-ın beş universiteti İranla əməkdaşlıqda ittiham olundu

Amerikanın beş universiteti ABŞ və Avropa Birliyinin sanksiyaları altında olan İran qurumları ilə əməkdaşlıq etməkdə ittiham edilib.

Yenipress.az xəbər verir ki, bu barədə Nüvə İranına Qarşı Birlik Alyansının direktoru Daniel Rot “Vaşington Examiner” xəbər saytına danışıb.

Amerika universitetlərinin İran institutları ilə əməkdaşlığı təhlükəlidir və narahatlıq doğurur,  - o qeyd edib.

Rot, həmçinin, bildirib ki, Vaşinqton universitetinin professor-müəllim heyətindən birinin Şərif Texnologiya Universiteti ilə əməkdaşlığı ilə bağlı iddialardan xəbərdardır və bu məsələ araşdırılır.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər