İrəvanda rekord qıranlar İlham Əliyevə təşəkkür etdi

GÜNDƏM bölməsi

13:53 - 17 Aprel 2023

 İrəvanda rekord qıranlar İlham Əliyevə təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təbrik məktubu ünvanladığı ağır atletika üzrə Avropa çempionu Cansu Bektaş və ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altun onlara təşəkkürlərini çatdırıb.

Yenipress.az xəbər verir ki, bu barədə İctimai TV sosial şəbəkə hesabında görüntülər yayıb.

“Sabahın xeyir Azərbaycan. Burdan bizə təşəkkürünü çatdıran İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk.

Biz bu medallarımızı burada Azərbaycana qarşı edilən bayrağın yandırılması kimi pis davranış və hörmətsizliyə görə azərbaycanlı qardaşlarımıza həsr etdik. Sizi çox sevirik və hər zaman yanınızdayıq”, - idmançılar deyib.

Qeyd edək ki, Ermənistanda qızıl və gümüş medal alan türkiyəli atletlər qələbələrini Azərbaycana həsr ediblər.

Xatırladaq ki, İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində tədbirin təşkilatçılarından olan stilist Aram Nikolyanın səhnəyə qaçaraq, Bayrağımızı qapıb yandırması səbəbindən Azərbaycan idmançıları yarışda iştirakdan imtina edib və Vətənə qayıdıblar.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər