Hüquq-mühafizə orqanlarının yerinə işləməkdən yorulmuşam

GÜNDƏM bölməsi

16:02 - 29 Mart 2023

 Hüquq-mühafizə orqanlarının yerinə işləməkdən yorulmuşam

*Nə qədər yazmaq olar, İran Azərbaycan dövlətinin içində özünə qoşun yaradır.

*Nə qədər yazmaq olar, Azərbaycandakı bütün məscidlər İranın ofisləridir.

*Nə qədər yazmaq olar, İran mollaları gənclərimizi imamsöün aşiqi eləyəndən sonra istənilən işin icrası üçün onlara rahatca tapşırıq  verə bilirlər.

*Nə qədər yazmaq olar, İran müəyyən partiya və QHT-lərimizə Avropa ölkələri kimi açıq qrant şəklində yox, gizli paket formasında pul ötürür.

*Nə qədər yazmaq olar, İran mağazaları satılan mallarla da hurafat yayır.

*Nə qədər yazmaq olar, İran artıq, orta məktəb tədris kitablarımıza da mətnlər sifariş eləyə bilir.

*Nə qərər yazmaq olar, İranla sərhəddə ciddi nəzarət qoyun, mollalar həm də narkotika ilə gənclərimizi hədəfə götürüb.

*Nə qədər yazmaq olar, məsciddlərdən səsgücləndiriciləri yığışdırın.

*Nə qədər yazmaq olar, İran Azərbaycanın bütün bölgələrində, hətta Borçalıda dayanmadan işləyir.

P.S. Şəxsən mən bu işlərə aidiyyəti olan orqanların yerinə işləməkdən yorulmuşam.

Murad Köhnəqala

Xəbər xətti


Digər xəbərlər