Separatçılardan Bakıya gəlmək təklifinə reaksiya

GÜNDƏM bölməsi

16:14 - 28 Mart 2023

 Separatçılardan Bakıya gəlmək təklifinə reaksiya

Xankəndi separatçıları Azərbaycan Prezident Administrasiyasının Bakıda Azərbaycan və Qarabağın erməni icmasının nümayəndələri arasında görüş keçirilməsi təklifini “öz şərtlərini zorla tətbiq etmək cəhdi” adlandırıb.

Bu barədə separatçı qurumun "Xarici İşlər Nazirliyi"nin bəyanatında bildirilir.

“Azərbaycan tərəfinin elan etdiyi görüşün keçirilmə yeri və gündəliyi ilə bağlı şərtləri, eləcə də bu təklifin təqdim olunduğu kontekst göstərir ki, Azərbaycan hakimiyyətinin məqsədi mövcud problemlərin real müzakirəsi deyil, mümkün dialoqun pozulması və ya məcburiyyət, blokada, dözülməz həyat şəraitinin yaradılması və hərbi güc tətbiqi yolu ilə öz siyasi gündəmini qəbul etdirməkdir”, - deyə bəyanatda qeyd olunur.

Buna baxmayaraq, separatçılar Rusiya sülhməramlılarının vasitəçiliyi ilə onların məsuliyyət zonasında Azərbaycan nümayəndələri ilə görüşməyə hazır olduqlarını bildiriblər.

Xəbər xətti


Digər xəbərlər