Prezident seçkiləri: Qarabağda çalışan Türkiyə vətəndaşları necə səs verəcək?

GÜNDƏM bölməsi

12:33 - 28 Mart 2023

 Prezident seçkiləri: Qarabağda çalışan Türkiyə vətəndaşları necə səs verəcək?

Qarabağda çalışan Türkiyə vətəndaşları yaxınlarının yanına gedə və orada səs verə bilərlər. Bu zaman onlar çağrı mərkəzləri vasitəsilə harada qeydiyyatda olduqlarını dəqiqləşdirməlidirlər. Onlar Azərbaycanda qeydiyyatda olduqları təqdirdə, bu, mümkün olmayacaq. Səs vermək üçün Türkiyəyə gedənlər aprelin 27-dən əvvəl Azərbaycana qayıda bilməzlər.

Yenipress.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyədə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Səfir Azərbaycanda təhsil alan türk tələbələrin də seçkilərdə iştirakına toxunub. Bildirib ki, Qarabağ iqtisadi rayonunda çalışan mühəndislər, fəhlələrlə yanaşı, burada təhsil alan tələbələr də seçkilərdə iştirak edə bilərlər.

"2022-2023 təhsil ilində Bakıda 1588, Naxçıvanda 1287, Gəncədə isə 371 türk tələbənin təhsil aldığı məlumdur. Seçkilərdə iştirak üçün müraciətlər martın 20-dən aprelin 2-dək qəbul edilir", - deyə diplomat qeyd edib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

Xəbər xətti


Digər xəbərlər