Putin niyə Pekinlə “hərbi ittifaq” istəmir?

GÜNDƏM bölməsi

12:15 - 27 Mart 2023

 Putin niyə Pekinlə “hərbi ittifaq” istəmir?

Rusiya Prezidenti Vladimir Putin Qərbin “qlobal NATO” yaratdığını iddia edib. O hesab edir ki, Qərb yeni ittifaqlar formalaşdırır. Putin buna misal olaraq 1930-cu illərdə Almaniya və İtaliya faşistlərinin militarist Yaponiya ilə ittifaq yaratdıqlarını göstərib: “NATO-nun 2022-ci il strateji inkişaf konsepsiyasında yazılıb ki, Şimali Atlantika Bloku Asiya və Sakit okean regionu ölkələri ilə əlaqələri genişləndirəcək. Bu sırada Yeni Zellandiya, Avstraliya və Cənubi Koreya var. Bu ölkələrin özləri də NATO ilə qlobal əlaqələri inkişaf etdirəcəklərini bildiriblər”.

Yenipress.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq Putinin Asiya və Sakit okean ölkələrindən danışarkən, Hindistanın adını səsləndirməməsinə diqqət çəkib:

“Halbuki Dehli də son illər Qərblə hərbi-texniki əməkdaşlığa üstünlük verir. Putin Hindistanın adını ona görə çəkməyib ki, hər halda Moskvanın Dehli ilə siyasi və iqtisadi əlaqələri mövcuddur və bu ölkəyə müəyyən sayda hərbi texnika sata bilir. Digər tərəfdən Dehlinin Qərblə əməkdaşlığını genişləndirməsinə baxmayaraq, Hindistan Rusiya ilə dialoqunu davam etdirir. Yeni Zellandiya, Avstraliya və Cənubi Koreyanın isə Rusiya ilə dialoqu aşağı səviyyədədir. Ona görə də Putin NATO-nun qlobal planlarından danışarkən məhz bu ölkələrin adını çəkib”.

E.Şahinoğlunun sözlərinə görə, Rusiya ilə hərbi ittifaq yaratmasını ilk növbədə Pekin istəmir:

“Rusiya Çinlə hərbi ittifaq formalaşdırmaq istəyərdi, çünki Kremlin NATO-ya qarşı mübarizəsində güclü müttəfiqə ehtiyac var, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı işə yaramır. Ancaq Pekin hərbi ittifaqlarda maraqlı deyil. Əlbəttə, Çin Rusiya ilə strateji tərəfdaşlığı davam etdirəcək. Ancaq Pekin Kremlin kiçik qardaşı olmaq istəmir. Pekini Kremllə strateji tərəfdaşlıqda əsas marağı çoxqütblü dünyanın formalaşması və Rusiyadan ucuz qiymətə neft və qaz almasından ibarətdir”.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər