6 Azərbaycan vətəndaşı Ermənistanda əmlak alıb – Rəsmi

GÜNDƏM bölməsi

13:33 - 15 Fevral 2022

 6 Azərbaycan vətəndaşı Ermənistanda əmlak alıb – Rəsmi

Azərbaycan vətəndaşları Ermənistanda ən azı 6 daşınmaz əmlaka sahibdir.

Yenipress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistan Kadastr Komitəsindən bildirilib.

“2010-2021-ci illər ərzində Ermənistanda Türkiyə vətəndaşı olan 71, Azərbaycan vətəndaşı olan 6 şəxsin daşınmaz əmlak aldığı barədə qeyd var”, - məlumatda bildirilib.

Komitədən bildirilib ki, Azərbaycan vətəndaşları 2012, 2018 cə 2019-cu illərdə Ermənistanda 4 ev və bir obyekt alıb. Bir ev isə hədiyyə edilib.

“Söhbət Azərbaycan vətəndaşından gedir, ancaq onun milliyyəti müəyyən edilməyib. Belə ki, mənzil və obyekt alanların milləyyətcə azərbaycanlı olub-olmadığı bəlli deyil”, - redaksiyanın məlumatında qeyd edilib.

Türkiyə vətəndaşları isə Ermənistanda 53 ev alıb, 1 ev hədiyyə edilib, 1 ev dəyişdirilib. Həmçinin 5 şəxsi həyət evi, 1 qaraj, 7 obyekt, 3 torpaq sahəsi alınıb.

Qeyd edilib ki, Türkiyə və Azərbaycandan Ermənistanda ev alan vətəndaşlar arasında hüquqi şəxs yoxdur.

İqtisadiyyat naziri Vaan Kerobyan isə deyib ki, Türkiyə vətəndaşlarının Ermənistanda həmişə evi olub.

Xəbər xətti


Digər xəbərlər