Hatayda daha bir faciə: kənd yarıya bölündü, evlər çayda batdı

DÜNYA bölməsi

23:58 - 17 Fevral 2023

 Hatayda daha bir faciə: kənd yarıya bölündü, evlər çayda batdı

Ardıcıl zəlzələlərdən sonra Hatayın Antakya bölgəsində, Dəmirkörpü kəndindən keçən qırılma xətti yaşayış evlərini Asi çayının dərinliklərinə çökdürüb.

Yenipress.az xəbər verir ki, hadisəyə qırılma xəttinin keçdiyi kəndin iki yerə bölünməsi səbəb olub.

Bölünmə zamanı yaşayış yerlərindəki evlərin bir qisminin Asi çayına, təqribən, yerin 3 metrə dərinliyinə çökməsi nəticəsində ölüm riski ilə üzləşən sakinlərin həyatı isə son anda xilas olub.

Kəndlilər dağılan evləri üçün səlahiyyətlilərdən kömək istəyib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər