Bolqarıstanda 18 miqrant ölü tapıldı

DÜNYA bölməsi

23:08 - 17 Fevral 2023

 Bolqarıstanda 18 miqrant ölü tapıldı

Bolqaristanın paytaxtı Sofiyada bolqar nömrə nişanlı tərk olunmuş yük maşınında 18 miqrant ölü tapılıb.

Yenipress.az xəbər verir ki, miqrantların soyuqdan donaraq, yaxud boğularaq öldüyü bildirilib.

Ölənlərin əfqan olduğu ehtimal olunur.

Həmçinin, odun yüklü yük maşınında 50 qaçaq miqrantın olduğu qeyd edilib. Yük maşınındakı digər miqrantlardan 10 nəfərinin vəziyyəti ağır olduğu üçün xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Xəbər xətti


Digər xəbərlər