Əyalət mollasından Türkiyəyə çağırış: İsrailin yardımlarından imtina edin!

DÜNYA bölməsi

21:00 - 17 Fevral 2023

 Əyalət mollasından Türkiyəyə çağırış: İsrailin yardımlarından imtina edin!

İranın əyalət mollası Seyid Həsən Amoli Türkiyədə zəlzələdən zərər çəkənləri İsrailin göndərdiyi yardımlardan imtina etməyə çağırıb.

Yenipress.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Məlumatda İran rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi S.H.Amolinin 17 fevralda cümə namazı xütbəsində bu çağırışı etdiyi bildirilib:

"İsrailin zəlzələ ilə bağlı Türkiyəyə yardım adı ilə gətirdiyi hər şey oğurluqdur. Türkiyə xalqı o yardıma əl vurmasın və ondan imtina etsin! İsrail bizim qonşuluğumuzda 5 min baş camış ferması açmaq qərarına gəlib. Bu yardımdan qan qoxusu gəlir".

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər