Niderlandın Moskvadakı səfiri XİN-ə çağırıldı

DÜNYA bölməsi

18:00 - 17 Fevral 2023

 Niderlandın Moskvadakı səfiri XİN-ə çağırıldı

Niderlandın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenipress.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Rusiya Niderlandın hakimiyyət orqanlarından MH-17 qəzasına görə məsuliyyəti əsassız olaraq Rusiya Federasiyasının üzərinə yükləmək cəhdlərini dayandırmağı tələb edib.

Niderland səfirinin diqqəti Haaqanın viza sahəsində tutduğu destruktiv mövqeyə yönəlib.

Səfirə Amsterdamın Rusiya səfirliyinin birbaşa funksiyalarını yerinə yetirməsinə mane olan siyasətinin qəbuledilməzliyi barədə məlumat verilib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər