Xoyda zəlzələdən zərər çəkənlərə verilən çadırlar geri alınır

DÜNYA bölməsi

17:49 - 17 Fevral 2023

 Xoyda zəlzələdən zərər çəkənlərə verilən çadırlar geri alınır

Güney Azərbaycanın Xoy bölgəsində zəlzələdən zərər görənlərə verilən çadırları hökumət məmurları geri alır.

Yenipress.az xəbər verir ki, bu barədə bölgədə olan sosial media istifadəçiləri məlumat yayıb.

Onların bildirdiyinə görə, məmurlar elektrik enerjisini kəsərək zərərçəkənləri zədəli vəziyyətdə olan evlərinə qayıtmaga məcbur edirlər.

Qeyd edək ki,  İranın daxili işlər naziri Əhməd Vəhidi zəlzələdən zərər çəkənlər üçün konteyner sığınacaqlar verilməyəcəyini bildirib.

Nazirin bu çıxışından sonra təbrizli həkimlər öz vəsaitləri hesaına 40 ədəd konteyner alaraq xoy sakinlərinə hədiyyə ediblər.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər