İranın xarici işlər naziri Hindistana səfərini ləğv etdi

DÜNYA bölməsi

16:49 - 17 Fevral 2023

 İranın xarici işlər naziri Hindistana səfərini ləğv etdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Racine Dialogue” beynəlxalq siyasi ekspert konfransında iştirak etmək üçün martın 3-4-də Hindistana planlaşdırılan səfərini ləğv edib.

Yenipress.az xəbər verir ki, bu barədə “Indian Express” məlumat yayıb.

Qeyd olunur ki, səfərin ləğv edilməsinə səbəb yanvar ayında qarşıdan gələn konfransın tanıtım videosunun nümayişi olu. Belə ki, bu videoda ötən ilin sentyabrında İranda baş vermiş etiraz aksiyalarından görüntülər yer alıb.

Xarici İşlər Nazirliyi konfransın təşəbbüskarlarından bu çərçivələrin götürülməsini tələb edib. Tələb yerinə yetirilməyəndən sonra nazir konfransa gəlməkdən imtina edib.

Hindistan Xarici İşlər Nazirliyi vəziyyətlə bağlı hələlik şərh verməyib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər