Erməni terrorçuların qorxulu yuxusu həqiqətə çevrilir - Video

GÜNDƏM bölməsi

11:39 - 14 Fevral 2022

 Erməni terrorçuların qorxulu yuxusu həqiqətə çevrilir - Video

“Caliber”in növbəti təhlili Azərbaycan ordusunda yeni yaradılan komando birləşmələrinə həsr olunub.

Yenipress.az xəbər verir ki, bu barədə “Caliber”in Yutub kanalında yerləşdirilən videoda bəhs olunub.

Layihə müəllifləri qeyd edir ki, ölkəmizdə həyata keçirilən aktual hərbi quruculuq yalnız Azərbaycan Silahlı Qüvvələrinin idarəetməsində perspektiv struktur-kompleks dəyişiklikləri və müasir silah növlərinin alınmasını deyil, həm də ordumuzda tamamilə yeni birləşmələrin - Türkiyənin elit komando briqadalarının birbaşa analoqunun yaradılmasını nəzərdə tutur.

“Caliber”in sözügedən buraxılışında müharibədən sonrakı geosiyasi reallıqlar, ölkəmiz və bütövlükdə regiondakı mövcud çağırışlara əsaslanaraq silahlı qüvvələrimizdə komando birləşmələrinə ehtiyacın bir sıra aspektləri nəzərdən keçirilib.

Ətraflı videoda:

Xəbər xətti


Digər xəbərlər