Rusiyanın MDB planı: Mehdiyev buna görə urvatsız edilir

GÜNDƏM bölməsi

00:17 - 13 Fevral 2022

 Rusiyanın MDB planı: Mehdiyev buna görə urvatsız edilir

Rusiya-Ukrayna qarşıdurması, gərginliyi artdıqca Kremlin MDB ölkələrinə təzyiqi də artacaq, məqsədi isə bu ölkələrin mövqelərinin dəqiqləşdirməsi ilə bağlıdır. Əgər sabah Rusiya dxr“lxr”i - Donbası tanısa, müharibə olsa, MDB, əsas da KTMT ölkələrindən də həmin qondarma qurumları və Krımın Rusiya torpağı olmasını tanımağı tələb edəcək.

Bütün MDB ölkələrində bunun izlərini görürük - Belarusla məsələni 2020-də, Qazaxıstanla isə 2022-nin əvvəlində həll etdi, Qırğızıstan zatən Qazaxıstanla paralel qərarlar verməyə məhkumdur, Türkmənistan qapalı, özünəməxsusdur, amma orda da maraqlı hadisələr baş verir, yeni, gənc şahzadə hakimiyyətə gətirilir, Rusiya buna dəstək olur və Türkmənustan da Kremlin dediyini edir, Tacikistan və Özbəkistana qarşı isə Taliban dəyənəyi hazırdır, Kremlə etiraz etsələr, o dəyənəklə vurulacaqlar.

Ən maraqlı durum Ermənistanla bağlıdır - Qazaxıstan hadisələrində Ermənistanı Qərbin gözündən salan Kreml indi Ukrayna hadisələri fonunda Paşinyanın qərbyönümlüyünü tam məhv edə bilər.

Azərbaycan da maraqlı durumdadır - İlham Əliyev ən gərgin zamanda Kiyevə getdi, dəstək göstərdi, bu gün Türkiyə ilə hərbi-strateji ittifaqı hər iki qardaş ölkə təsdiqlədi və bu müqavilələr qanuni qüvvəyə mindi, AB ilə münasibətlər çox yaxşılaşdı. Digər tərəfdən isə Rusiyanın ölkədəki 5-ci kolonunun rəhbəri, hakimiyyətin içindəkilərin bir hissəsinə və müxalifətin bir qisminə nəzarət, idarə edən Ramiz Mehdiyevin urvatsız edilməsi də heç təsadüf deyil. Kremlin burada siyasi oyun qura biləcəyi, 2013-cü ildə olduğu kimi, öz əlaltıları, “Milyarderlər İttifaqışuralar ilə təzyiq və təsir göstərməsi cəhdləri tam neytrallaşdırılmalıdır.

Məncə, son olaylar həm də bu məsələ ilə bağlıdır, Mehdiyevin son bəyanatında rusdilliləri və rus dilini müdafiə etmək cəhdi təsadüf deyildi, ona qarşı kampaniya da təsadüfi deyil - məqsəd tək onu yola salmaq yox, bütün bağlantıları kəsməkdir.

Maraqlı, tarixin dəyişdiyi dövrdə yaşayırıq, xarici siyasətin güclü olduğu fonda daxili siyasətin bərbad olması və Xankəndidəki sülhməramlılar hələ də ölkənin yumşaq qarnıdır. Mütləq nəticələr çıxarıb yeni sistemə keçməliyik - əsas hədəflər normal idarəetmə sistemi qurmaq və 2025-ci ilə qədər sülhməramlıları ölkədın çıxartmaq olmalıdır...

Natiq Cəfərli

Xəbər xətti


Digər xəbərlər