Millət vəkili Rəisini yalan statistikada ittiham etdi

SİYASƏT bölməsi

12:29 - 24 Yanvar 2023

 Millət vəkili Rəisini yalan statistikada ittiham etdi

Millət vəkili Məhəmməd Səfəri Prezident İbrahim Rəisinin verdiyi statistikaların anlaşılmaz olduğunu deyib.

Yenipress.az xəbər verir ki, Məhəmməd Səfəri Rəisinin xüsusən iş yerlərinin açılması ilıə bağlı səsləndirdiyi rəqəmlərin parlament üzvləri və vətəndaşlar tərəfindən təəccüblə qarşılandığını bildirib.

“Verilən statistika şəffaf və dəqiq olmalıdır. Prezident 1 milyon iş yerinin açılması barədə fikirlər səsləndirir. Bunu isə əsaslandımaq üçün heç nə yoxdur”, - millət vəkili qeyd edib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər