Leyla Abdullayevadan Ermənistana çağırış

SİYASƏT bölməsi

12:23 - 24 Yanvar 2023

 Leyla Abdullayevadan Ermənistana çağırış

Avropa İttifaqının Ermənistana missiya göndərməsi Ermənistanın öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalıdır.

Yenipress.az xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün Tvitter hesabında yazıb.

“Bu məsələdən sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq üçün istifadə edilməməlidir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə missiya göndərmək barədə qərar verib.

Missiyanın iki il fəaliyyət göstərəciyi gözlənilir.

Xəbər xətti


Digər xəbərlər