İsveçdə insanlıq dəyərlərini yandırdılar - Aygün Attar

SİYASƏT bölməsi

11:13 - 24 Yanvar 2023

 İsveçdə insanlıq dəyərlərini yandırdılar - Aygün Attar

İsveçdə Qurani-Kərimin yandırılmasına Türkiyə-Azərbaycan Dostluğu, Əməkdaşlığı və Həmrəylik Fondunun başqanı və Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığı Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü professor Aygün Attar da reaksiya verib.

Yenipress.az-a daxil olan bəyanatda bildirilir:

“Bildiyiniz kimi, İsveç (həmçinin Danimarka) vətəndaşı olan Rasmus Paludan Stokholmdakı Türkiyə səfirliyi qarşısında mübarək kitabımız Quranı yandırdı. Bu utancverici hərəkət qarşısında İsveçin xarici işlər naziri Billstrom tvitində yazdı: “İsveç ifadə azadlığı geniş olan bir ölkədir. Amma bu olanlar İsveç hökumətinin və ya mənim fikrim deyil. Bu olanlar bizim onu dəstəklədiyimiz demək deyil”.

Üzrü günahından daha böyük olan nazirin acıqlaması əslində İsveçin əsl simasıdır və eyni zamanda dözümsüzlüyünü gizlətməyə ehtiyac duymur. O, islama qarşı düşmənçiliyini ortaya qoydu.

Terroru dəstəkləyən ölkələrdən biri olan İsveç islama qarşı olması ilə tanınır. Daha əvvəl də buna bənzər hərəkətlər edən sağçı ekstremist Palud beynəlxalq qurumlara dəqiq tarix verərək, islamın müqəddəs kitabı Quranı yandırdı. Hadisənin qarşısını almamaqla sizlər bütün dünya müsəlmanlarını ciddi şəkildə incitdiniz. 21-ci əsrdə belə xaç yürüşlərini həyata keçirən zehniyyətin ortaya qoyduğu nifrəti İsveç dövlət orqanları "ifadə azadlığı" uydurmasıyla dəstəklədi.

NATO üzvlüyü üçün Türkiyənin müsbət rəyinə ehtiyacı olan İsveç dəyərlərimizin ictimai həssaslığına məhəl qoymayaraq belə hərəkətlərə yol verir.

Əgər buna icazə verilirsə, anti-islamizmə nəzarət etməkdə çətinlik çəkilirsə, o ölkədə hakimiyyət bunların əlinə keçərsə, təsəvvür edin, müsəlman xalqı ekstremist qruplardan nə çəkər?

Hər fürsətdə mübarək kitabımızı tənqid edən İsveç də daxil olmaqla, əksər Qərb dövlətlərinin islam dinini terrorla əlaqələndirmək problemi var.

Qərb dövlətləri öz övladlarına İsa, Musa və Məryəm adlarını qoyan müsəlmanlara qarşı tolerantlıq göstərmədikləri üçün özlərindən utanmalıdırlar.

Dünya hamımıza ümumi yaşam üçün verilmişdir.

İsveçdə müxtəlif bəhanələrlə dinimizə hücum edib kitabımızı yandıranlar əslində insanlıq dəyərlərini yandırdılar.

İfadə azadlığı adı altında fərqliliklərə məhəl qoymamaq, marginallaşdırmaq, islamofobiyanı qanuniləşdirməkdir qəbuledilməzdir!

İslam Adəm peyğəmbərin dövründən peyğəmbərlərin gətirdiyi xəbərin ümumi adıdır.

İslam sülh və xoşbəxtlik deməkdir.

İslama hücum bəşəriyyətə hücumdur”.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər