NATO İsveç üçün yalnız xəyal olacaq – Türkiyəli ekspert

SİYASƏT bölməsi

15:24 - 23 Yanvar 2023

 NATO İsveç üçün yalnız xəyal olacaq – Türkiyəli ekspert

İsveç dövləti Türkiyə səfirliyinin qarşısında “Ciddi yol” partiyasının irqçi sədri Rasmus Paludanın müqəddəs Qurani- Kərimi yandırmasına göz yumdu. Əksinə onun hərəkəti söz azadlığı prinsipi çərçivəsində qiymətləndirildi. Lakin bu, söz azadlığı yox, nifrət nəticəsində törədilən cinayətdir. Çünki söz, fikir azadlığı heç kimə qarşı tərəfin dəyərlərini tapdalamaq imkanı tanımır.

Bu sözləri Yenipress.az-a danimarkalı ekstremist sağçı “Ciddi yol” (Ştram Kurs) partiyasının sədri Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyinin binası önündə Qurani-Kərimi yandırması haqqında danışan Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib. Alim İsveçin terrorçuları cəzalandırmaması halında Türkiyənin onun NATO- ya üzvlüyünə imkan verməyəcəyini vurğulayıb:

“İsveç liberal ölkə kimi söz azadlığını yanlış qiymətləndirir. Bir tərəfdən Türkiyə ilə NATO-da müttəfiq olmaq istədiklərini bildirirlər, digər tərəfdən isə terrorçulara himayədarlıq edirlər, dini dəyərlərimizi tapdalayırlar. Buna göz yuma bilmərik. İsveç dövləti PKK terrorçularının və onları dəstəkləyənlərin təxribatlarına göz yummaqla əslində digər təxribatların, cinayətlərin yolunu açmış oldu. Stokholm vətəndaşlarımızı qətlə yetirən, əsgərlərimizi şəhid edən, parlamentimizi bombalayan terrorçulara o qədər göz yumub ki, bunlar cənab Ərdoğanın maketini asıb onu, dolayısı ilə dövlətimizi, Qurani-Kərimi yandıraraq dinimizi təhqir etməkdən belə çəkinmirlər. Çox dəhşətli bir vəziyyətdir. Sanki bütün dünyaya demokratiya və humanizm nağılları oxuyan İsveç terrorçuların əsirinə çevrilib. Türkiyə belə təhqir və təhdidlərə göz yumacaq, boyun əyərək dövlət deyil. Dövlətimiz veto hüququndan sonadək istifadə edəcək. Fikrimcə, baş verənlərdən sonra İsveçin NATO üzvlüyü məsələsi uzun müddət Türkiyənin gündəmində olmayacaq. İsveçdəki terrorçular məhkəmə qarşısına çıxarılmalı, hüquq məsuliyyətinə cəlb edilməli idi Danimarkalı bir siyasətçinin orada nə işi var? Niyə belə alçaq hərəkəti İsveçdəki səfirliyimizin önündə edir? Bu haqqı ona kim və niyə verib? İsveç dünyada hökumət başçısını qətlə yetirən terrorçulara qucaq açan ilk ölkədir. 1986-cı ildə İsveçin baş naziri Olof Palme PKK terror təşkilatı tərəfindən qətlə yetirilib. Baş verənlər yalnız Türkiyəyə deyil, bütün İslam aləminə qarşı edilən təhqirdir. Ona görə bu təhqirə bütün müsəlman ölkələri reaksiya verməlidir. İsveç isə terrorçulara lazımi cavabı verməli, onları məhkəmə önünə çıxartmalıdır. Yoxsa, neçə ki, Türkiyə var, NATO onlar üçün əlçatmaz bir xəyal kimi qalacaq”.

Söhrab

Xəbər xətti


Digər xəbərlər