Mehdiyev keçmiş "pasportstol"u görün harada "gizlədibmiş" - Şok iddialar

TOPLUM bölməsi

18:12 - 5 Fevral 2022

 Mehdiyev keçmiş

Bir müddət əvvəl AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ramiz Mehdiyevlə bağlı ciddi ittihamların yer aldığı müsahibəsi dərc edilmişdi.

Həmin müsahibədə AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi Rasim Ağasiyevin R.Mehdiyev tərəfindən nədən himayə olunduğuna dair maraqlı faktlar yer almışdı. Bundan sonra R.Ağasiyevin AMEA-dan kənarlaşdırıldığına dair məlumat yayıldı. Lakin belə məlum olur ki, həmin məlumat həqiqəti tam əks etdirmir...

Yenipress.az Azpolitika.az-a istinadəm xəbər verir ki, müstəqil jurnalist Cavanşir Həsənli bu mövzuyla bağlı maraqlı məlumat paylaşıb:

"O zamanlar AMEA-da Rasim Ağasiyev var idi. Hansı ki, zamanında Ramiz Mehdiyevin pasport və qeydiyyat şöbəsində işləyən qaynı Levan Qurskaya Yuriyeviçlə birləşib birbaşa ermənilərin Azərbaycan və rus adı ilə Azərbaycandan köçməsinə xidmət ediblər".

İttihamın müəllifi bildiyiniz kimi, AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovdur. İttiham ağır ittihamdır, söhbət sənədlərin saxtalaşdırılmasına gedir, onu araşdırmaq hüquq mühafizə orqanlarının üzərinə düşür.

Deməli bu mövzu hələ ötən il ictimailəşəndən sonra Rasim Ağasiyev AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi vəzifəsindən azad edildi, ümumiyyətlə AMEA-dan uzaqlaşdırıldığı barədə məlumat yayıldı. Halbuki Ramiz Mehdiyev söz-söhbəti yatırmaq üçün Rasim Ağasiyevi AMEA-nın bir küncündə, belə demək mümkünsə, "gizlədib".

Ramiz Mehdiyev təsadüfi "alim olmuş" keçmiş "pasportstol" rəisini AMEA-nın İnsan Hüquqları İnstitutunda yerləşdirib və "Əcnəbilərin Hüquqları və Miqrasiya" bölməsinə rəhbər təyin edib.

Bu strukturun fəaliyyəti Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və milli qanunvericilikdə təsbit edilmiş hüquq və azadlıqları ilə bağlı, həmçinin miqrasiya proseslərində mövcud olan problemlərin elmi əsaslarını araşdırıb təhlil etmək və bu sahədə elmi tədqiqat işlərini aparmaqdan ibarətdir.

İnsan Hüquqları üzrə Elmi Tədqiqat işləri..! Əsl "akademik" işdir.

Rasim Ağasiyev "Femida Hüquqi Yardım" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir, onun hüquqi qeydiyyatda olduğu ünvanda "Aygün" kiçik müəssisəsi və İmpeks LTD qeydiyyatdan keçib. Qardaşı Akif Ağasiyev "Semaşko"nun yanında 18 mərtəbəli binanın tikintisini həyata keçirmiş "Tikişçi Mənzil Tikinti Koorperativinin təsisçisidir.”

Xəbər xətti