Milli Məclisin ən gənc deputatı kimdir?

TOPLUM bölməsi

15:34 - 2 Fevral 2022

 Milli Məclisin ən gənc deputatı kimdir?

Milli Məclisin ən gənc deputatı 28 yaşlı Səbinə Xasayeva, ən yaşlı deputatı isə 81 yaşlı Ziyad Səmədzadədir.

Yenipress.az xəbər verir ki, Səbinə Xasayeva 26 yaşında deputat seçilib.

YAP tərəfindən namizədliyi irəli sürülmüş Səbinə Səməd qızı Xasayeva 1994-cü ildə anadan olub. Azərbaycan Xarici dillər Universitetinin bakalavr pilləsini bitirib, Azərbaycan Neft və Sənaye Universitetində isə (MBA üzrə) magistr təhsili alıb. İngilis və norvec dilllərini mükəmməl bilir.

Hazırda Qaradağ rayonu Lökbatan bələdiyyəsinin sədr müavinidir.

Xatırladaq ki, fevralın 2-si Azərbaycanda Gəncləri Günü kimi qeyd olunur.

Xəbər xətti