İranda pulun üzərində Azərbaycan haqda möhür - Foto

TOPLUM bölməsi

12:23 - 2 Fevral 2022

 İranda pulun üzərində Azərbaycan haqda möhür - Foto

Güney Azərbaycanın Təbriz şəhərində milli-mədəni fəallar ölkənin pul əsginaslarına və pulu əvəz edən çeklərə xüsusi hazırlanmış möhürlər vurublar.

Yenipress.az Qazet.az-a istinadən xəbər verir ki, çox sayda qəbz və əsginasın üzərində “Yaşasın Azərbaycan” şüarı əks olunub.

Qeyd edək ki, fars şovinizminə qarşı oxşar tədbirlərə bundan əvvəl də rast gəlinib. Bir müddət əvvəl İranın təhsil naziri Məhəmməd Bəthayi qeyri-fars dillər haqda neqativ sözlər dedikdən sonra pul əsginaslarına milli şüarlar yazılıb. Bu proses bəzi məntəqələrdə hələ də davam edir.

Xəbər xətti