Sürücülərin nəzərinə: bu yolda 60 manat cərimələnə bilərsiniz! - Video

TOPLUM bölməsi

12:02 - 2 Fevral 2022

 Sürücülərin nəzərinə: bu yolda 60 manat cərimələnə bilərsiniz! - Video

Bakıda Yasamal rayonu ərazisində yeni yol nişanının yerləşdirilməsi sürücüləri çaş-baş salıb.

Yenipress.az Baku.ws-ə istinadən xəbər verir ki, söhbət Murtuza Muxtarov küçəsindən "Kubinka" adlanan əraziyə keçid olan hissədən gedir. Belə ki, yolda yerdə sağa dönməklə bağlı əvvəllər nişan olsa da, sonradan yolun sonunda "hərəkət qadağandır" nişanı qoyulub.

Yeni qoyulan nişan elə formada yerləşdirilib ki, sürücülərin çoxu bunu görmür və nəticədə qayda pozuntusu qaçılmaz ola bilər.

Qeyd edək ki, yol hərəkəti qaydaları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinə görə "Giriş qadağandır" yol nişanının tələbinin pozulması 3 bal və 60 AZN cəriməni nəzərdə tutur.

Xəbər xətti