Cəbrayıl mələyi Məhəmməd peyğəmbərlə neçə dəfə görüşüb? - Video

TOPLUM bölməsi

13:03 - 1 Fevral 2022

 Cəbrayıl mələyi Məhəmməd peyğəmbərlə neçə dəfə görüşüb? - Video

Sosial şəbəkələrdə Rusiyada yeniyetmələrin qatıldığı bir yarışmanın görüntüləri yayılıb.

Yenipress.az xəbər verir ki, aparıcı islam dini ilə bağlı maraqlı sual səsləndirib.

O bildirib ki, Cəbrayıl mələyi 42 dəfə İbrahim peyğəmbər, 400 dəfə Musa peyğəmbər, 10 dəfə İsa peyğəmbərlə görüşüb.

“Bəs, Cəbrayıl mələyi Məhəmməd peyğəmbərlə neçə dəfə görüşüb”, - deyə sual səsləndirilib.

Suala rusiyalı yeniyetmələrdən biri “24 min dəfə” cavabını verib və bu cavabı münsiflər doğru cavab kimi qəbul edib.

Qeyd edək ki, Cəbrayıl mələyinin islam peyğəmbəri ilə 28 min dəfə görüşdüyü barədə də iddialar var. Buna baxmayaraq, din xadimləri bu rəqəmlərin dəqiq olmadığı qənaətindədir.

Xəbər xətti