Azərbaycanda oteldə partlayış - Xəsarət alan var

TOPLUM bölməsi

12:34 - 1 Fevral 2022

 Azərbaycanda oteldə partlayış - Xəsarət alan var

Şabranda oteldə təmir zamanı kondisioner partlayıb.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, Şabran şəhərindəki otellərdən birində təmir aparılan zaman kondisionerin qəfildən partlaması nəticəsində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Anar İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəstəxanaya yeləşdirilən A.İbrahimova bədənin müxtəlif nahiyələrinin kəsilmiş yaraları, üzün 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti