Prezident Administrasiyasında yeni təyinat

TOPLUM bölməsi

11:03 - 1 Fevral 2022

 Prezident Administrasiyasında yeni təyinat

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşı Tural Məmmədov Prezident Administrasiyasının mətbuat xidmətinə təyin olunub.

Yenipress.az Konkret.az-a istinadən xəbər verir ki, o, AzTV-nin İnformasiya Proqramları Studiyasının baş direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, peşəkar televiziya jurnalisti kimi tanınan Tural Məmmədovun atası tanınmış jurnalist Əhməd Qədiroğludur. O, uzun müddət AzTV-nin Gəncə üzrə xüsusi müxbiri işləyib.

Xəbər xətti