Şadlıq saraylarında menyuların qiyməti bahalaşdı

TOPLUM bölməsi

10:57 - 1 Fevral 2022

 Şadlıq saraylarında menyuların qiyməti bahalaşdı

Şadlıq saraylarının menyularının qiymətlərində müəyyən bahalaşma müşahidə olunur.

Yenipress.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən məlumat verilib.

Belə ki, mərkəz tərəfindən aparılan monitorinqlərə əsasən, nisbətən ucuz menyu (30 manatadək) təklif edən şadlıq saraylarında qiymətlər əsasən stabil qalsa və ya cüzi artımlar olsa da, orta və bahalı menyulu saraylarda qiymətlər yüksəlib.

Belə ki, orta menyulu (30-60 manat) şadlıq saraylarında 8 faiz, bahalı (60 manat və daha yüksək) menyulu saraylarda isə 12 faiz qiymət artımları müşahidə olunub.

Xəbər xətti