Gəncədə tələbələrin yaşadığı evə basqın edildi

TOPLUM bölməsi

10:24 - 1 Fevral 2022

 Gəncədə tələbələrin yaşadığı evə basqın edildi

Gəncədə tələbələrin yaşadığı evə basqın edilib.

Yenipress.az xəbər verir ki, bu barədə şəhər sakini Sadiq Cəfərli polisə müraciətində bildirib.

O tələbə yoldaşları Rüstəm Eyvazov və Kamran Cəfərovla birlikdə kirayə yaşadıqları mənzilə naməlum şəxsin daxil olduğunu deyib. Həmin şəxs onlara bıçaqla hədə-qorxu edərək 4 min manatlıq əmlaklarını götürərək gedib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti