Bizim cəmiyyətdə qadağanın faydası yoxdur - Fazil Mustafa

TOPLUM bölməsi

09:57 - 1 Fevral 2022

 Bizim cəmiyyətdə qadağanın faydası yoxdur - Fazil Mustafa

Ölkədə COVID-19-a yoluxma hallarının artmasına baxmayaraq qapanmalara getmək olmaz. İndiki vəziyyətdə heç bir sahənin, eyni zamanda təhsil müəssisələrinin qapadılmasının tərəfdarı deyiləm.

Yenipress.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, düzdü, qadağaların bir çoxunun aradan qaldırılması, karantin rejiminin yumşaldılması, açıq havada tibbi maska tələbinin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılışı, şənlik mərasimlərinə icazə verilməsi, insanların qapalı məkanlarda toplaşması yoluxma sayının kəskin artmasına səbəb olur. Ancaq sözügedən məkanları qapadmaqla yoluxmanın qarşısını almaq olmaz. Yeganə çıxış yolu təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsidir:

“Sadəcə təbliğatla və insanları çəkindirməklə, televiziyalarda yayımlanan sosial reklamlarla maarifləndirmə işi aparmaq olar. Azərbaycanlılar Avropadakılar kimi rahat anlaşılan insanlar deyil. Avropalılar məsafə gözləyir. Ancaq azərbaycanlılar məsafə gözləmir. Xüsusən də toy və yas mərasimlərində maskadan istifadə olunmur, məsafə gözlənilmir, insanlar virus yoxmuş kimi davranır. İstəsək də, istəməsək də bu halı azalda bilməyəcəyik. Heç olmasa, onları maarifləndirib, maska taxıb məsafə gözləməyə, gigiyena qaydalarına əməl etməyə sövq etməliyik. Bizim cəmiyyətdə qadağanın faydası yoxdur”.

Xəbər xətti