Azərbaycanın ən iri bazarlarından biri bağlana bilər

TOPLUM bölməsi

09:37 - 1 Fevral 2022

 Azərbaycanın ən iri bazarlarından biri bağlana bilər

Azərbaycanda ən iri bazarlardan biri olan Lənkəran bazarı fəaliyyətini dayandıra bilər.

Yenipress.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Lənkəran-Bazar ASC-nin hazırda maliyyə problemlərinin olduğu bildirilir. Hətta vəziyyət o həddədir ki, bazarın bağlana biləcəyi iddia olunur.

Araşdırmalarımız zamanı bəlli olub ki, bazarın vergi borcu da var. Belə ki, ASC-nin bu günə olan vergi borcu 21 328.79 AZN təşkil edir.

Qeyd edək ki, Lənkəran-Bazar ASC 9 noyabr 1998-ci ildə yaradılıb. Nizamnamə kapitalı 2005 978 AZN-dir. ASC-nin qanuni təmsilçisi Axundov Kənan Namiq oğludur.

Xəbər xətti