Azərbaycanda bu plakat gülüş hədəfinə çevrildi - Foto

TOPLUM bölməsi

16:40 - 31 Yanvar 2022

 Azərbaycanda bu plakat gülüş hədəfinə çevrildi - Foto

Bakıda çəkildiyi iddia edilə bir plakat gülüş hədəfinə çevrilib.

Yenipress.az xəbər verir ki, plakatda “Binada bərpa və reabilitasiya işləri aparılır” deyə qeyd yazılıb.

Sosial şəbəkə istifadəçiləri “reabilitasiya” sözünün yerində olmadığını və cümlədə yanlış olaraq işlədildiyini bildiriblər.

Qeyd edək ki, reabilitasiya- insanın psixi və fiziki zədələnmələrindən sonra qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına yönəlmiş tədbirlərdir.

Xəbər xətti