Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

TOPLUM bölməsi

16:20 - 31 Yanvar 2022

 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabaha gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenipress.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 31-i axşam cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 31-i axşam cənub-qərb küləyinin fevralın 1-i gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 20-25 m/s-dək güclənəcəyi ehtimal olunur.

Xəbər xətti