Əbülfəs Qarayevin xanımının biznesi çökür - Bu qədər vergi borcu var

TOPLUM bölməsi

15:37 - 31 Yanvar 2022

 Əbülfəs Qarayevin xanımının biznesi çökür - Bu qədər vergi borcu var

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin xanımı Lalə Kazımovanın biznes subyektləri çöküş ərəfəsindədir.

Yenipress.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, xanım Kazımovanın nəzarətində olan şirkətlərin geriləməsi Əbülfəs Qarayev nazir kürsüsünü itirdikdən sonra başlayıb.

İddialara görə, şirkətlərin bəzilərinin vergi borcu var, bəziləri isə məhkəmə çəkişmələrinə cəlb edilib.

Araşdırmalarımız zamanı Lalə Kazımovanın qanuni təmsilçisi olduğu "Yol + İlk Elmi Populyar Dərgi Redaksiyası” MMC-nin vergi borcu var. Məlumat üçün deyək ki, sözügedən MMC 29 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir.

MMC-nin bu günə olan vergi borcu 2138.20 AZN təşkil edir.

Xəbər xətti