Bahəddin Həzidən Murad Dadaşova ağır sözlər

TOPLUM bölməsi

09:00 - 31 Yanvar 2022

 Bahəddin Həzidən Murad Dadaşova ağır sözlər

Təsadüfən “Xəzər” telekanalında “Cinayət və cəza” verilişinə gözüm sataşdı. Aparıcı istintaq hərəkətlərini şərh edərkən istintaq altında olan şəxsi dönə-dönə “cinayətkar” adlandırırdı. Fikirləşdim, ya Xəzər TV-nin öz Cinayət Məcəlləsi var (ki, orada təqsirsizlik prezumpsiyası nəzərdə tutulmayıb), ya da bu, Murad Dadaşovun qara yumorudur.

Yenipress.az xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Bahəddin Həzi qeyd edib.

O bildirib ki, “Neft xalqın deyil, dövlətindir, sən neft üçün nə etmisən?!" (sitat Murad dadaşovundur – red.) deyən bir klounun gözündə biz hamımız apriori cinayətkarıq yəqin.

B.Həzi sonda əlavə edib ki, bu tipli verilişləri hüquqdan, heç olmasa, elementar anlayışı olan adamlar hazırlamalı və aparmalıdır. Peşəkar hüquqçuları qonorarla məsləhətçi kimi dəvət etmək də olar bu işə.

Xəbər xətti